Ana səhifə / Dünya / Qəzzada daha 2 jurnalist həlak olub Qəzzada daha 2 jurnalist həlak olub 09.01.2024, 10:22 Nərmin Qocamanlı İsrailin Qəzza zolağında həyata keçirdiyi hücumlarda daha 2 fələstinli jurnalist həyatını itirib. Operativ Media xəbər verir ki, bu barədə Qəzza zolağı hökumətinin Media Ofisindən verilən açıqlamada bildirilib. İsrailin hücumları nəticəsində fələstinli jurnalistlər Abdullah Baris və Məhəmməd Əbu Dayer ölüb. Açıqlamada qeyd olunub ki, İsrailin oktyabrın 7-dən bəri həyata keçirdiyi hücumlar nəticəsində Qəzzada öldürülən jurnalistlərin sayı 112-yə çatıb. Teqlər: "Q\u0259zzada daha 2 jurnalist h\u0259lak olub"