Gürcüstan prezidenti Rusiyanı “əbədi düşmən” adlandırıb
Redaksiya
Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, o, Rusiyanı həmişə Gürcüstanın düşməni hesab edib.
“Operativ Media” xəbər verir ki, bu barədə "Georgia Online" məlumat yayıb.
Zurabişvili iddia edib ki, Rusiya müstəqillik əldə etdikdən sonrakı dövrdə Gürcüstana mənfi münasibət bəsləyib. Onun sözlərinə görə, özü və qohumları da həmişə bunu hiss edib.
“Bilmirəm, bəlkə də Rusiyada kimsə düşünür ki, qonşuları ilə fərqli münasibət yarada bilər. Amma bu gün Rusiyanın qonşuları ilə bərabərhüquqlu münasibətlər qurmaq istəyinə və ya bu şüura malik olduğuna dair heç bir əlamət yoxdur", - deyə Gürcüstan prezidenti bildirib.
S. Zurabişvili onu da vurğulayıb ki, o, atası Levan Zurabişvili kimi gürcü xalqını birləşdirməyin mümkün olduğunu düşünür, çünki ölkənin yeganə düşməni Rusiya idi.
Teqlər:
"G\u00fcrc\u00fcstan prezidenti Rusiyan\u0131 \u201c\u0259b\u0259di d\u00fc\u015fm\u0259n\u201d adland\u0131r\u0131b"