Menyu

Britaniya XİN: Qərb ölkələri Ukraynanı dəstəkləməyə hazırdır

Britaniya XİN: Qərb ölkələri Ukraynanı dəstəkləməyə hazırdır

"Böyük Britaniya və onun Qərb müttəfiqləri illərdir Ukraynaya yardım etməyə hazırdırlar və bunu Rusiyaya nümayiş etdirəcəklər".

"Operativ Media" xəbər verir ki, bunu Britaniya parlamentinin Xarici Siyasət Komitəsində çıxışı zamanı xarici işlər naziri Devid Kemeron deyib.

"Müttəfiqlərimizlə birlikdə Rusiya Prezidenti Vladimir Putinə aydınlaşdırmaq istəyirik ki, onun gözləmə siyasəti bizə təsir etməyəcək. Biz 2024, 2025, 2026-cı illərdə Ukraynanı dəstəkləməyə hazırıq. Onlara bu dəstəyi təmin etməliyik, çünki bu, bizim nəsil üçün əsas problemdir", - diplomat bildirib.

Kemeron Kiyev üçün silah istehsalının intensivləşdirilməsinin vacibliyini vurğulayıb: "Mən mərmilərin sayı barədə təfərrüata varmaq istəmirəm. Bizim koalisiyaya daxil olan ölkələrin birgə ÜDM-i Rusiyadan 25 dəfə çoxdur, belə ki, sənaye istehsalını əhəmiyyətli dərəcədə artırmaq bizim üçün qeyri-mümkün olmamalıdır".

O, həmçinin əlavə edib ki, Böyük Britaniya 2024-cü il üçün Ukraynaya yardım paketinin həcmini tezliklə elan edəcək.

2023-cü ilin dekabrında "The Sunday Telegraph" qəzetinə verdiyi müsahibədə Kemeron bildirib ki, Britaniya hökuməti ən azı 2024-cü ildə Ukraynaya göstərilən yardımın eyni səviyyədə saxlanmasını gözləyir. 2022-ci ildə London Kiyevə 2,3 milyard funt sterlinq (2,92 milyard dollar) məbləğində hərbi yardım göstərib və 2023-cü ildə ondan az olmamaq öhdəliyi götürüb. Lakin 2024-cü il üçün oxşar öhdəliklər hələ açıqlanmayıb. 

Teqlər:

"Britaniya X\u0130N: Q\u0259rb \u00f6lk\u0259l\u0259ri Ukraynan\u0131 d\u0259st\u0259kl\u0259m\u0259y\u0259 haz\u0131rd\u0131r"

Əlaqəli Xəbərlər