KİV: Hizbullah HHQ-nin rəhbəri PUA zərbəsi nəticəsində öldürülüb
Hizbullahının Hərbi Hava Qüvvələrinin (HHQ) komandiri Əli Hüseyn Burci Livanın cənubunda İsrailin pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində həlak olub.
"Operativ Media" xəbər verir ki, bu barədə "Lebanon 24" xəbər portalı məlumat yayıb.
Məlumata görə, o, Xirbet Silm kəndində vurulan avtomobildə olub.
Dron zərbəsi yüzlərlə Hizbullah tərəfdarının yanvarın 8-də İsrail hərbçilərinin açdığı atəş nəticəsində öldürülən Radvan qanadının komandirlərindən biri Visam Həsən əl-Tavilin dəfn mərasimi ilə əlaqədar matəm mitinqinə toplaşdığı bir vaxtda baş verib.
Portalın məlumatına görə, Burji əvvəllər İdlib vilayətində quldur dəstələrinə qarşı Suriya ordusunun tərəfində vuruşan çevik reaksiya qüvvələrinə rəhbərlik edib. Livanın cənubunda İsrail ordusuna qarşı əməliyyatlar zamanı pilotsuz uçuş aparatlarının buraxılmasına cavabdeh olub.