NATO Ukraynaya milyarlarla avro dəyərində hərbi və iqtisadi yardım söz verib
"Şimali Atlantika Alyansı (NATO) Ukraynaya 2024-cü il üçün milyardlarla avro dəyərində geniş hərbi və iqtisadi yardım vəd edir".
"Operativ Media" xəbər verir ki, bu barədə Brüsseldə səfirlər səviyyəsində iclası keçirilən Ukrayna-NATO Şurasının bəyanatında qeyd edilib.
Sənəddə yeni silah tədarükü haqqında məlumat yoxdur və Kiyevə nə qədər pulun köçürüləcəyi də göstərilmir.
"NATO ölkələri bu gün Ukraynaya geniş hərbi, iqtisadi və humanitar yardım göstərməyə davam edəcəklərini açıq şəkildə bildirdilər, bir çox NATO ölkəsi 2024-cü ildə milyardlarla avro yeni dəstək vermək planlarını xatırladıb", - bəyanatda deyilir.
Bəyanatda NATO ölkələrinin özlərinin və Ukraynanın hava hücumundan müdafiə sistemlərini gücləndirmək üçün 1000 ədəd Patriot raketi alacağı, Almaniyanın artıq Kiyevə Patriot və Skynex sistemləri, eləcə də IRIS-T hava hücumundan müdafiə sistemləri üçün sursat tədarük etdiyi və Böyük Britaniyanın Kiyevə hava hücumundan müdafiə sistemləri üçün 200 raket tədarük etdiyi əlavə edilib.
Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsinin zəruriliyindən və Kiyevi daha çox silahla təmin etmək niyyətindən danışan NATO ölkələri Rusiyanın Ukrayna ərazisinə zərbələrini pisləyib.