100-ə yaxın çex pilot birgə təlim üçün Polşaya gəlib
100-ə yaxın çex döyüş helikopteri pilotu, texniki işçisi və logistik mütəxəssisi polşalı helikopter pilotları ilə birgə təlim keçmək və NATO-nun şərq cinahını gücləndirmək üçün Polşaya gəlib.
"Operativ Media" xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi yanında Hərbi Nəşriyyat İnstitutunun "Polska Zbrojna" portalı məlumat yayıb.
"Xüsusi əməliyyat bölməsinin polşalı pilotları ilə qarşılıqlı əlaqə, NATO-nun şərq cinahının gücləndirilməsi və birgə təlim də daxil olmaqla bir sıra vəzifələr Povidzdə yerləşən çex pilotlarını gözləyir. Polşaya Mi-17 helikopterləri də gəlib", - məlumatda qeyd edilib.
Portal əlavə edib ki, bundan əvvəl onlar NATO standartlarına uyğun hazırlıq imtahanından keçiblər. Bildirilir ki, "Namesti nad Oslavudakı 22" helikopter aviasiya bazasından üç Çexiya Mi-17 helikopteri Povidzdəki 33-cü nəqliyyat aviasiya bazasına enib.
Qeyd edilir ki, birgə təlimlər çərçivəsində hava kəşfiyyatı, daşıma və eniş üzrə təlimlərin keçirilməsi planlaşdırılır.
Teqlər:
"100-\u0259 yax\u0131n \u00e7ex pilot birg\u0259 t\u0259lim \u00fc\u00e7\u00fcn Pol\u015faya g\u0259lib"