Menyu

Hindistan və ABŞ XİN rəhbərləri Qırmızı dəniz və Ukraynadakı vəziyyəti müzakirə edib

Hindistan və ABŞ XİN rəhbərləri Qırmızı dəniz və Ukraynadakı vəziyyəti müzakirə edib

Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar ABŞ dövlət katibi Antoni Blinkenlə Qırmızı dəniz regionunda təhlükəsizlik vəziyyəti, eləcə də Ukraynadakı hadisələri müzakirə edib.

"Operativ Media" xəbər verir ki, bu barədə hindistanlı nazir "X"də paylaşım edib.

"Bizim söhbətimiz dəniz təhlükəsizliyi məsələlərinə, xüsusən də Qırmızı dəniz regionuna yönəldi. Biz Ukraynadakı hadisələrlə bağlı da fikir mübadiləsi apardıq", - deyə Hindistan Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib.

"Biz 2024-cü il üçün geniş əməkdaşlıq proqramımızın həyata keçirilməsini səbirsizliklə gözləyirik", - deyə Hindistanın xarici işlər naziri yekunlaşdırıb.

Teqlər:

"Hindistan v\u0259 AB\u015e X\u0130N r\u0259hb\u0259rl\u0259ri Q\u0131rm\u0131z\u0131 d\u0259niz v\u0259 Ukraynadak\u0131 v\u0259ziyy\u0259ti m\u00fczakir\u0259 edib"

Əlaqəli Xəbərlər