Menyu

Husilərin hücumları səbəbindən 2023-cü ilin sonunda Süveyş Kanalında trafik 28% azalıb

Husilərin hücumları səbəbindən 2023-cü ilin sonunda Süveyş Kanalında trafik 28% azalıb

2023-cü ilin son günlərində "Ənsar Allah" hərəkatının Yəməndə fəaliyyət göstərən Husi üsyançılarının gəmilərə hücumları səbəbindən Süveyş kanalı ilə yük daşımaları 28% azalıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Beynəlxalq Valyuta Fondunun rəsmi nümayəndəsi Culi Kozak məlumat verib.

"Qırmızı dəniz vasitəsilə nəqliyyat qlobal ticarət axınının 10%-ni təşkil edir. Hücumlar həm ixracatçılar və idxalçılar üçün çatdırılma müddətini, həm də daşıma xərclərini artıracaq. Bu isə qiymətlərin bahalaşmasına səbəb ola bilər", - Kozak vurğulayıb.

Onun məlumatına görə, yanvarın 2-nə olan statistikaya görə son 10 gün ərzində Süveyş kanalı ilə nəqliyyatın həcmi illik müqayisədə 28% azalıb: "Eyni zamanda Ümid burnu ilə nəqliyyatın həcmi 67% artıb. Biz bu problemi diqqətlə izləyirik".

Teqlər:

"Husil\u0259rin h\u00fccumlar\u0131 s\u0259b\u0259bind\u0259n 2023-c\u00fc ilin sonunda S\u00fcvey\u015f Kanal\u0131nda trafik 28% azal\u0131b"

Əlaqəli Xəbərlər