BMT 2024-cü ildə Ukraynaya 3,1 milyard dollar ayırmağı planlaşdırır
Birləşmiş Millətlər Təşkilatı 2024-cü ildə Ukraynada 8,5 milyon insana kömək etmək üçün Ukraynaya 3,1 milyard dollar ayırmağı planlaşdırır.
"Operativ Media" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Qeyd edilib ki, 2024-cü ildə Rusiyanın genişmiqyaslı işğalı səbəbindən 14,6 milyondan çox insan və ya Ukrayna əhalisinin 40%-i humanitar yardıma ehtiyac duyacaq.
Münaqişə həmçinin təxminən 6,3 milyon insanı xaricə qaçmağa məcbur edib. Dörd milyon insan, o cümlədən bir milyona yaxın uşaq ölkədə məcburi köçkün olaraq qalır.
Teqlər:
"BMT 2024-c\u00fc ild\u0259 Ukraynaya 3 1 milyard dollar ay\u0131rma\u011f\u0131 planla\u015fd\u0131r\u0131r"