Menyu

KİV: ABŞ və Britaniyanın Yəməndəki zərbələrinin hədəfi iki hava limanı və hərbi baza olub - YENİLƏNİB

Əziz Əzizli
KİV: ABŞ və Britaniyanın Yəməndəki zərbələrinin hədəfi iki hava limanı və hərbi baza olub - YENİLƏNİB

ABŞ və Böyük Britaniyanın Yəmənə hücumunun hədəfi Səna və Hudeydə hava limanları, həmçinin Əd-Deyləmi aviabazası olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı “Ənsar Allah” hərəkatının (husilər) hərbi nümayəndəsinə istinadən bildirib.

Telekanalın məlumatına görə, ABŞ və Britaniyanın zərbələrinin əsas hədəfləri Səna beynəlxalq hava limanı, Hudeyda hava limanı və onun ətrafı, həmçinin Yəmənin şimal-qərbindəki Saada şəhərində yerləşən Əd-Dailami hərbi hava bazası və Kelen düşərgəsi olub.

***

06:24

ABŞ və Böyük Britaniya Yəmənin şimalında hakimiyyətdə olan “Ənsar Allah” hərəkatının (husilər) obyektlərinə qarşı əməliyyata başlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

“Husi hədəflərinə qarşı ABŞ-Britaniya hərbi əməliyyatı başlayıb”, – mənbələr telekanala bildirib.

Onlar qeyd ediblər ki, hücum xüsusilə Hudeyda limanının kənarında həyata keçirilib. Hudeydanın şərqində husilərin hədəflərinə 5 hava hücumu təşkil edildiyi də vurğulanıb

Teqlər:

"K\u0130V: AB\u015e v\u0259 Britaniyan\u0131n Y\u0259m\u0259nd\u0259ki z\u0259rb\u0259l\u0259rinin h\u0259d\u0259fi iki hava liman\u0131 v\u0259 h\u0259rbi baza olub - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər