Daşkənd-İstanbul marşrutu ilə uçan təyyarə sərnişinlərdən birinin səhhətinin pisləşməsi səbəbindən Ankaraya təcili eniş etməli olub.
"Operativ Media" xəbər verir ki, Özbəkistanın Türkiyədəki səfirliyi sərnişinin öldüyünü bildirib.
Məlumata görə, yanvarın 11-də Özbəkistan Hava Yollarına məxsus HY271 reysi ilə Daşkənd-İstanbul reysi ilə uçan təyyarə Ankarada məcburi eniş edib. Özbəkistan vətəndaşı, 1946-cı il təvəllüdlü H.T. xroniki xəstəlikdən sağalmaq üçün Türkiyənin İstanbul şəhərinə gəlirmiş.
Lakin uçuş zamanı xəstənin səhhəti pisləşib və infarkt keçirib. Ekipajın və sərnişinlərin müşayiəti ilə ilkin tibbi yardım göstərilib.Həmin şəxsin həyatını xilas etmək mümkün olmayıb.