ABŞ prezidenti Co Baydenin administrasiyası hazırda Yəmənin Husilər üsyançı hərəkatını xarici terror təşkilatları siyahısına yenidən daxil etmək imkanını araşdırır.
"Operativ Media" xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
Qeyd edək ki, Husilərin sözügedən siyahıdan çıxarılması barədə qərar 2021-ci ilin fevralında ABŞ dövlət katibi Antoni Blinken tərəfindən verilib.
"Biz qərarı ləğv edib-etməyəcəyimizə, yenidən dəyişdirəcəyimizə hələ qərar verməmişik, amma deyə bilərəm ki, biz bunu ciddi şəkildə öyrənirik", - diplomat qeyd edib.