BMT: Yəmənə zərbələr Yaxın Şərqdə münaqişəni genişləndirə bilər
ABŞ və Böyük Britaniyanın Yəməndə Husi üsyançılarının hədəflərinə endirdiyi zərbələr Yaxın Şərqdə münaqişənin qızışması riskini daşıyır.
"Operativ Media" xəbər verir ki, bunu brifinqdə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
O, Qırmızı dənizdəki son hadisələrin Qəzza zolağındakı vəziyyətlə bağlı olub-olmaması ilə bağlı sualı belə cavablandırıb: "Bu vəziyyət bizi açıq şəkildə regionda vəziyyətin daha da gərginləşməsi və pisləşməsi ilə təhdid edir".
Düjarrik əlavə edib ki, BMT-nin Yəməndəki əməkdaşları hazırda təhlükəsizlikdədir.