MİT PKK-ya Avropadan terrorçu cəlb edən şəxsi zərərsizləşdirib
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK/KCK terror təşkilatına Avropadan terrorçular cəlb edən terorçu Faik Aydını zərərsizləşdirib.
"Operativ Media" xəbər verir, terrorçu İraqda zərərsizləşdirilib.
Türkiyə kəşfiyyatı Faik Aydının Avropadakı təşkilati fəaliyyətlərini üzə çıxarıb. Həmçinin, Aydının İraqa köçdükdən sonra Süleymaniyyədə yerli əhaliyə terror təşkilatına dəstək verməsi və qoşulması üçün təzyiq və şantaj etdiyi məlum olub.