Menyu

KİV: ABŞ-nin Suriyadakı bazasına raket zərbəsi endirilib

KİV: ABŞ-nin Suriyadakı bazasına raket zərbəsi endirilib

"İraqın İslam Müqaviməti" hərəkatının dəstələri ABŞ-nin Suriyadakı hərbi bazasına yeni raket zərbəsi endirdiyini açıqlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə İsrailin "Yediot Ahronot" informasiya portalı məlumat yayıb. 

Məlumata görə, Haseke əyalətinin şimal-şərqindəki Xarab əl-Cir hava limanı ərazisindəki bazaya hücum edilib. Təfərrüatlar verilməyib.

Pentaqonun sözçüsü Patrick Ryder çərşənbə axşamı bildirib ki, ABŞ qüvvələri İraq və Suriyada 2023-cü il oktyabrın 17-dən bəri 127 hücuma məruz qalıb. Bunlardan 52-si İraqdakı, 75-i isə Suriyadakı bazalara olub.

Bundan əvvəl milislər öz "Telegram" kanallarında yaydıqları bəyanatda ABŞ-yə İraq və Suriyada silahlı əməliyyatların sayını artıracaqları barədə xəbərdarlıq etmişdilər: "Çünki Vaşinqton dinc sakinləri öldürən İsrail ordusuna hərbi yardım göstərməkdə davam edir".

 

Teqlər:

"K\u0130V: AB\u015e-nin Suriyadak\u0131 bazas\u0131na raket z\u0259rb\u0259si endirilib"

Əlaqəli Xəbərlər