İspaniyada uşaqları internetdə pornoqrafiyadan qorumaq üçün qanun qəbul edilə bilər
"İspaniya hökuməti yetkinlik yaşına çatmayanların internetdəki pornoqrafik məzmundan qorunmasına yönəlmiş qanunu təsdiq etməyi planlaşdırır".
"Operativ Media" xəbər verir ki, bu barədə Krallığın baş naziri Pedro Sançes "El Pais" qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, ölkədə 12 yaşınadək hər 4-cü uşağın pornoqrafiyaya çıxışı var və ona baxır: "15 yaşa qədər gənclərin, demək olar ki, yarısı ondan istifadə edir. Bu, yeniyetmələrimizin təhsilinə təsir göstərir".
Sançes belə məzmunun yetkinlik yaşına çatmayanların gələcək davranışlarına da təsir etdiyi barədə fikir bildirib. O bildirib ki, bununla bağlı hökumət internetdə uşaq və yeniyetmələrin mühafizəsi təşəbbüsü irəli sürməyə hazırlaşır ki, bunun da üç istiqaməti olacaq: "Birincisi, internetdə yetkinlik yaşına çatmayanların müdafiəsi üçün hərtərəfli qanunun qəbulu, ikincisi, təhsil, rəqəmsal bacarıqlar, həmçinin bərabərlik sahəsində fənlərarası strategiyanın təsdiqi və nəhayət, yetkinlik yaşına çatmayanların bu pornoqrafik məzmuna daxil olmasına mane olan əngəllər yaratmaq".
Teqlər:
"\u0130spaniyada u\u015faqlar\u0131 internetd\u0259 pornoqrafiyadan qorumaq \u00fc\u00e7\u00fcn qanun q\u0259bul edil\u0259 bil\u0259r"