Çin Tayvanla bağlı bəyanatlara görə ABŞ-yə etiraz edib
Çin Tayvanla bağlı "vahid Çin" prinsipinə zidd olan açıqlamalarına görə ABŞ-yə ciddi etiraz edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
"ABŞ Dövlət Departamenti Çinin Tayvan adasında keçirilən seçkilərlə bağlı bəyanat yayıb, "vahid Çin" prinsipini və Çin-ABŞ birgə üç kommünikesini ciddi şəkildə pozaraq, ABŞ-nin yalnız mədəni, ticarət və digər fəaliyyətləri saxlamaqla bağlı siyasi öhdəliyini ciddi şəkildə pozub. Bu bəyanat "Tayvanın müstəqilliyini" müdafiə edən separatçı qüvvələrə yanlış siqnal göndərir. Çin tərəfi bununla bağlı narazılığını bildirir, müvafiq bəyanatları rədd edir və artıq Amerika tərəfinə ciddi təqdimat verib", - məlumatda qeyd edilib.
Diplomatik departament Vaşinqtonu "vahid Çin" prinsipinə, Çin-ABŞ kommünikesinə səmimi şəkildə riayət etməyə, həmçinin ABŞ-nin "Tayvanın müstəqilliyini" dəstəkləmədiyini praktiki olaraq təsdiqləməyə çağırıb.
Teqlər:
"\u00c7in Tayvanla ba\u011fl\u0131 b\u0259yanatlara g\u00f6r\u0259 AB\u015e-y\u0259 etiraz edib"