Menyu

Yaponiya raket buraxılışına görə Şimali Koreyaya etiraz edib

Yaponiya raket buraxılışına görə Şimali Koreyaya etiraz edib

Yaponiya raket buraxılışı ilə bağlı Koreya Xalq Demokratik Respublikasına (KXDR) kəskin etirazını bildirib. 

"Operativ Media" xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Raket ən azı 500 km məsafə qət edib, maksimum 50 km yüksəkliyə çatıb, Yaponiya dənizinə, ölkəmizin eksklüziv iqtisadi zonasından kənara düşüb", - departamentdən bildirilib. 

Məlumatda vurğulanıb ki, Yaponiya hakimiyyəti insidentlə bağlı KXDR-ə kəskin etirazını bildirib.

Müdafiə Nazirliyinə əsasən, Yaponiya ABŞ və Koreya Respublikası ilə sıx əməkdaşlıq şəraitində məlumat toplamağa və onları təhlil etməyə davam edəcək. 
 

Teqlər:

"Yaponiya raket burax\u0131l\u0131\u015f\u0131na g\u00f6r\u0259 \u015eimali Koreyaya etiraz edib"

Əlaqəli Xəbərlər