Kiyev və Rumıniya təhlükəsizlik zəmanətləri üzrə danışıqlara başlayıb
Ukrayna və Rumıniya təhlükəsizlik zəmanətləri üzrə ikitərəfli saziş üzrə danışıqlara başlayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenskinin ofisi məlumat yayıb.
"Ukrayna tərəfi Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermakın və Rumıniya Xarici İşlər Nazirliyinin dövlət katibi Yulian Fotanın iştirakı ilə ikitərəfli təhlükəsizlik sazişinin bağlanması ilə bağlı danışıqlara başlayıb", - deyə məlumatda bildirilib.
Kiyev qeyd edib ki, Rumıniya Ukrayna ilə ikitərəfli təhlükəsizlik danışıqlarına başlayan 9-cu ölkə olub.
Yanvarın 12-də Zelenski və Böyük Britaniyanın baş naziri Rişi Sunak ikitərəfli təhlükəsizlik sazişi imzalayıblar. London Ukraynanın Qərb tərəfdaşları arasında bu cür saziş bağlayan ilk ölkə olub.