Maldiv Hindistandan hərbçilərini ölkədən çıxarmağı xahiş etdi
Maldiv Hindistandan hərbçilərini ölkədən çıxarmağı xahiş etdi
Maldiv hakimiyyəti Hindistandan bu il martın 15-dək hərbçilərini bu ada ölkəsindən çıxarmağı xahiş edib.
"Operativ Media"nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Maldiv Prezident Administrasiyasının dövlət siyasəti üzrə müşaviri Abdulla Nazim bildirib.
Abdulla Nazim deyib ki, Hindistan hərbçiləri ölkədə qala bilməz: “Prezident Məhəmməd Muizz və hazırkı administrasiyanın qəti mövqeyi belədir”.
Abdulla Nazim nəzərə çatdırıb ki, bu gün iki ölkənin formalaşdırdığı yüksək səviyyəli işçi qrupunun ilk iclası keçirilib və iclasda da bu məsələ müzakirə olunub.
Son xəbərlər
"Neftçi" - "Qarabağ" matçına satılan bilet sayı açıqlandı
Moskvada yaşayan 50 miqrant zəhərlənib
MSK bələdiyyə seçkilərinin yekunlarına dair protokolu təsdiqləyib - YENİLƏNİB-2
Şahin Mustafayev və Mher Qriqoryan sərhəddə görüş keçirib
Muxtar Babayev Aİ nümayəndəsi ilə iqlim fəaliyyətlərinin aktivləşdirilməsini müzakirə edib
Kaya Kallas: Bizsiz istənilən sülh sazişi iflasa uğrayacaq
Xaçmazda yanğın təhlükəli şadlıq sarayının fəaliyyəti dayandırılıb
Yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA