Rio-de-Janeyroda daşqınlar nəticəsində 11 nəfər ölüb
Nərmin Qocamanlı
Həftə sonu yağan leysan yağışlar səbəbindən şəhərin küçələri və metroları su altında qalıb, hakimiyyət fövqəladə vəziyyət elan edib.
"Operativ Media" xəbər verir ki, bu barədə G1 Rio və TV Globo telekanalları məlumat yayıb.
Yanğınsöndürmə xidmətinin rəsmi məlumatlarına görə, ümumilikdə 9 nəfər ölüb, səhiyyə departamenti daha bir qurban barədə məlumat verib, sonra daha iki ölüm faktı təsdiqlənib.
Belford Roşa və Nova İquasuda da fövqəladə vəziyyət elan edilib. Məlumat görə, daşqın səbəbindən Avenida Brasil şossesi, Vaşinqton-Luis şossesi və bir sıra digər mühüm yollar müvəqqəti bağlanıb, beş ağac aşması və 15 əsas daşqın sahəsi qeydə alınıb. Həmçinin daşqın səbəbindən Ronaldo Qazollanın Acaridəki xəstəxanası işıqsız qalıb.
Bazar günü səhər Şimal Zonasının bir neçə bölgəsində yağış hələ də yağdığı üçün Rio-de-Janeyro meri Eduardo Paes sakinləri bölgədən qaçmağa çağırıb. Yağışın davam edəcəyi göözlənilir.