15 Yanvar 2024, 15:57
Samsung Galaxy S24 Ultra-nın real fotoları yayımlanıb
Samsung Galaxy S24 Ultra-nın real fotoları yayımlanıb şəkil
Samsung Galaxy S24 Ultra-nın real fotoları yayımlanıb

Məşhur insayder "Ice Universe" Çinin "Weibo" sosial şəbəkəsindəki səhifəsində Samsung Galaxy S24 Ultra flaqman smartfonunun yeni real fotolarını yerləşdirib.

"Operativ Media" xəbər verir ki, fotoda cihaz boz titan rəngində göstərilir. Görünür, bu, kommersiya nümunəsidir, çünki cihaz qutusu arxa planda görünür.

Bu, cihazların artıq mağazalara çatdırıldığını və onların rəsmi elanını gözlədiyini deməyə əsas verir.

Xatırladaq ki, Samsung Galaxy S24 seriyasının premyerası 17 yanvar 2024-cü il, Bakı vaxtı ilə saat 22:00-da planlaşdırılır. Buraya üç model daxil olacaq: Galaxy S24, Galaxy S24+ və Galaxy S24 Ultra.

Samsung Galaxy S24 6,2 düym, Samsung Galaxy S24+ 6,7 düym, Samsung Galaxy S24 Ultra isə 6,8 düym ekrana sahib olacaq.

Son xəbərlər
Emin Əmrullayev: Növbəti il bütün müəllimlər sertifikatlaşdırmadan keçmiş olacaqlar
Nazir: Sertifikatlaşdırma prosesində iştirak edən xarici dil müəllimlərinin 12 faizi uğur qazanıb
Əbu-Dabi görüşü təkbətək formatda davam etdirilir
10 İyul 2025, 11:07
"Karvan" beş futbolçusu ilə vidalaşdı
Sertifikasiyadan keçə bilməyən 8 minə yaxın müəllimin fəaliyyətinə xitam verilib
Maskerano: "Mənim üçün Messi futbol tarixinin ən yaxşı oyunçusudur"
Qan təzyiqini aşağı salmağa kömək edən 6 təsirli içki
Bazar günü 34 mindən çox abituriyent imtahan verəcək