Yanacaq sərfiyyatını necə azaltmaq olar?

Nərmin Qocamanlı
Yanacaq sərfiyyatını necə azaltmaq olar?

Havaların soyuması ilə avtomobillərin yanacaq sərfiyyatında da artım var. Sürücülər 3 litrə qədər artımın olduğunu deyirlər. Bəs yanacaq sərfiyyatını necə azaltmaq olar?

“Operativ Media” ya açıqlama verən avtomobil ustası Dəniz Ağabəyli deyir ki, yanacağa qənaət etmək mümkündür. Sadəcə olaraq sürücülər bir sıra məqamlara diqqət etməlidirlər:

“Mühərrik nə qədər gec qızırsa, o qədər də çox yanacaq işlədir. İlk növbətə termostatı yoxlamaq lazımdır. Düzgün işləyir, ya işləmir. Termostat elə bir detaldır ki, 3-4 ildən bir sıradan çıxa bilər. Tıxacda yanacaq istifadəsi 20-25 faizədək artır. Avtomobilin benzin sistemi mütləq yoxlanmalıdır. Benzin filteri, benzin nasos, borulara baxış keçirmək lazımdır. Benzin sistemi düzgün olmayan avtomobilin sərfiyyatı 4 litrə qədər fərq edə bilir. Yanacaq sərfiyyatının artmaması üçün benzin filterinə də daim nəzarət olunmalıdır. Həmçinin, sürücülər mühərriki gün ərzində bir neçə dəfə yenidən işə salırsa, qızması üçün hər dəfə 5-6 dəqiqə gözləməyə ehtiyac yoxdur. Təxminən 1 dəqiqə qızdıqdan sonra yola düşmək olar ki, bu da yanacağa müəyyən qədər qənaət deməkdir”.

Ustanın sözlərinə görə, magistral və şəhərdaxili yollarda isə yanacaq sərfiyyatı fərqli olur. Sürət həddi yanacağa əsas təsir edən amillərdəndir. Stabil sürət müddəti nə qədər çoxdursa qənaət də o qədər çox olur:

“Sürüş qaydaları ilə sərfiyyatı azalda və ya çoxalda bilərlər. Zavod tərəfindən magistralla şəhər içərisində 2 və 2,5 litr fərq göstərilir. Magistralda 100-ə 8 litr işlədən avtomobil şəhər içərisində 10 və 10, 5 litr sərfiyyatın dəyişkənliyi var. Yanacaq sərfiyatında sürət məhdudiyyəti də var. 80-90 sürətin yanacağı əgər magistralda 100-ə 10 litrdirsə, 120-130 sürətdə da 100-ə hətta 12-14 litrədək çıxa bilər”.

Digər xəbərlər