Menyu

Putin və Modi əməkdaşlığın inkişafı barədə razılığa gəliblər

Putin və Modi əməkdaşlığın inkişafı barədə razılığa gəliblər

Rusiya prezidenti Vladimir Putin və Hindistanın baş naziri Narendra Modi telefon danışığında ikitərəfli əməkdaşlığın gələcək inkişafı üçün yol xəritəsinin hazırlanması barədə razılığa gəliblər.

"Operativ Media" xəbər verir ki, bu barədə Hindistanın baş naziri "X" səhifəsində məlumat verib.

"Prezident Putinlə yaxşı söhbət etdik. Biz xüsusi imtiyazlı strateji tərəfdaşlığımız çərçivəsində müxtəlif müsbətyönlü məsələləri müzakirə etdik və gələcək təşəbbüslər üçün yol xəritəsini müəyyən etmək barədə razılığa gəldik. Həmçinin, müxtəlif regional və qlobal məsələlər, o cümlədən Rusiyanın əməkdaşlığı ilə bağlı faydalı fikir mübadiləsi apardıq", - o yazıb.

Hindistan Hökumətinin İnformasiya Xidmətinin məlumatına görə, iki ölkənin liderləri ikitərəfli əməkdaşlığın bir sıra məsələləri üzrə irəliləyişi nəzərdən keçiriblər: "Onlar ikitərəfli münasibətlərin inkişafını müsbət qiymətləndiriblər".
 

Teqlər:

"Putin v\u0259 Modi \u0259m\u0259kda\u015fl\u0131\u011f\u0131n inki\u015faf\u0131 bar\u0259d\u0259 raz\u0131l\u0131\u011fa g\u0259libl\u0259r"

Əlaqəli Xəbərlər