Bolqarıstanda 5 min NATO hərbçisinin yerləşdirilməsi üçün obyektlər qurula bilər
"Ehtiyac yaranarsa, 5 minə qədər NATO hərbçisinin yerləşdirilməsi üçün ölkədə lazımi infrastruktur işlərinə başlanılacaq".
"Operativ Media" xəbər verir ki, bunu Bolqarıstanın müdafiə naziri Todor Taqarev bildirib.
Bu yaxınlarda ABŞ-yə başa çatan səfərini dəyərləndirən Taqarev bildirib ki, Bolqarıstanda qurulacaq NATO obyektləri və onlarla əlaqəli infrastrukturun dəyərinin təxminən 6 milyard avro olacağı gözlənilir.
Taqarev bildirib ki, NATO personalının ehtiyacları üçün hazırlanacaq obyektlərlə yanaşı, yol, dəmir yolu tikintisi və digər işlərin də aparılması nəzərdə tutulur.
Lazımi maliyyənin ABŞ, NATO və Avropa İttifaqının (Aİ) müxtəlif fondları tərəfindən təmin ediləcəyini izah edən Taqarev deyib:
"Müvafiq infrastruktur işləri çərçivəsində avtomobil və dəmir yollarının tikintisi də layihəyə daxil ediləcək. Bolqarıstanda müttəfiq qoşunların sürətlə yerləşdirilməsi üçün boru kəmərləri, material ötürmə bölmələri və anbarlar da tikiləcək. Biz bütün bu məsələlər üzərində işləyirik".
Teqlər:
"Bolqar\u0131standa 5 min NATO h\u0259rb\u00e7isinin yerl\u0259\u015fdirilm\u0259si \u00fc\u00e7\u00fcn obyektl\u0259r qurula bil\u0259r"