Menyu

BMT-nin baş katibi: Qəzzada vəziyyətin belə davam etməsinə icazə verə bilmərik

BMT-nin baş katibi: Qəzzada vəziyyətin belə davam etməsinə icazə verə bilmərik

"Qəzzada gördüklərimizin Livanda təkrarlanmasına və Qəzzada mövcud vəziyyətin davam etməsinə icazə verə bilmərik".

"Operativ Media" xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş bildirib.

Quterreş 7 oktyabrdan bu yana 100 gündə Qəzzada baş verən hadisələrlə bağlı mətbuata açıqlama verib.

Bütün əsirlərin azad edilməsini tələb edən Quterreş, HƏMAS-ın törətdiyi iddia edilən cinsi zorakılığın araşdırılması lazım olduğunu da bildirib.

Quterreş deyib: "Heç nə dinc əhalinin öldürülməsinə, yaralanmasına, oğurlanmasına və ya raketlərin atılmasına haqq qazandıra bilməz".

İsrail qüvvələrinin Qəzzaya hücumlarının 100 gündür davam etdiyinə diqqət çəkən Quterreş əlavə edib: "Hücumların yaratdığı dağıntılar və həlak olan mülki vətəndaşların sayı mənim baş katib olduğum müddətdə görünməmiş səviyyədədir".

Teqlər:

"BMT-nin ba\u015f katibi: Q\u0259zzada v\u0259ziyy\u0259tin bel\u0259 davam etm\u0259sin\u0259 icaz\u0259 ver\u0259 bilm\u0259rik"

Əlaqəli Xəbərlər