Menyu

Fələstinin baş naziri: ABŞ və Avropa İsrailə qarşı sanksiyalar tətbiq etməlidir

Fələstinin baş naziri: ABŞ və Avropa İsrailə qarşı sanksiyalar tətbiq etməlidir

"ABŞ və Avropa İsrailin cinayətlərini dayandırmalı və ona qarşı sanksiyalar tətbiq etməlidir". 

"Operativ Media" xəbər verir ki, bunu Ramallahda hökumətin iclasında çıxış edən Fələstinin baş naziri Məhəmməd Ştayye deyib.

"ABŞ, Avropa və İsrailin sponsorları onun cinayətlərini dayandırmağa borcludurlar, çünki o, heç kimə qulaq asmır və onlar siyasi mənsubiyyətlərinə görə bu cinayətkar dövlətə qarşı sanksiyalara keçməlidirlər", - Məhəmməd Ştayye qeyd edib.

Ştayye bildirib: "İsrailin törətdiyi cinayətləri sənədləşdirmək üçün beynəlxalq mətbuat Qəzza zolağına buraxılmalıdır".

O, həmçinin İsraili Fələstin Muxtariyyətini məhv etməkdə ittiham edib: "Fələstin Muxtariyyətinin gücü və legitimliyi onun xalqından və işğala son qoymaq və paytaxtı Qüds olan öz dövlətimizi yaratmaq hüququna olan inancımızdan irəli gəlir".

Teqlər:

"F\u0259l\u0259stinin ba\u015f naziri: AB\u015e v\u0259 Avropa \u0130srail\u0259 qar\u015f\u0131 sanksiyalar t\u0259tbiq etm\u0259lidir"

Əlaqəli Xəbərlər