Menyu

Ərdoğan: Bu il terrorla əlaqəsi olan 465 nəfər saxlanılıb

Ərdoğan: Bu il terrorla əlaqəsi olan 465 nəfər saxlanılıb

"Allahdan cənnət və gözəlliyi ilə qəhrəman əsgərlərimizə rəhmət diləyirəm. Şəhidlərimizin qanını həmişəki kimi yerdə qoymadıq. Təkcə son 5 gündə Suriya və İraqda terrorçu ünsürlərə qarşı həyata keçirdiyimiz hava əməliyyatları nəticəsində 114 hədəf vurulub, 78 terrorçu zərərsizləşdirilib".

"Operativ Media" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında bildirib.

"İlin əvvəlindən polis və jandarm bölmələrimizin keçirdiyi əməliyyatlarda terrorla əlaqəsi olan 465 nəfər saxlanılıb.

Şənbə günü keçirdiyimiz təhlükəsizlik iclasında sahədəki mövcud vəziyyəti qiymətləndirdik. Biz təhlükəsizlik bölmələrimizə arxasında kimin olmasından asılı olmayaraq, aşkar etdikləri bütün terror ünsürlərini məhv etmələri üçün göstəriş vermişik.

Ölkəmizin terror dəhlizi ilə əhatə olunması ssenarisini sərhədyanı əməliyyatlarla məhv etdik", - Türkiyə lideri qeyd edib.

Teqlər:

"\u018frdo\u011fan: Bu il terrorla \u0259laq\u0259si olan 465 n\u0259f\u0259r saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər