Menyu

İsrail Livanda Hizbullahın onlarla hədəfinə zərbələr endirib

İsrail Livanda Hizbullahın onlarla hədəfinə zərbələr endirib

İsrail hərbçiləri Livan ərazisinə irimiqyaslı zərbələr endirərək, Hizbullah təşkilatının silahlı qüvvələrinin istifadə etdiyi onlarla obyekti hədəfə alıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələri Livanın Vadi Saluki bölgəsində Hizbullah terror təşkilatının bir sıra hədəflərinə qarşı birgə hava və artilleriya zərbələrini tamamladı. Qısa müddət ərzində Hizbullahın onlarla mövqeləri, hərbi strukturları və silah infrastrukturu vuruldu", - məlumatda deyilir.

İsrail ordusunun məlumatına görə, Hizbullah silahlı birləşmələri Livanın cənubundakı bu ərazidən "terrorçuluq fəaliyyəti üçün" istifadə edib. Ordunun mətbuat xidməti bildirir: "Çoxsaylı texniki avadanlıq və infrastruktur obyektləri terror təşkilatı tərəfindən İsrailin mülki əhalisinə və hərbçilərinə hücum etmək məqsədi ilə meşəlik ərazidə gizlədilib". 

Teqlər:

"\u0130srail Livanda Hizbullah\u0131n onlarla h\u0259d\u0259fin\u0259 z\u0259rb\u0259l\u0259r endirib"

Əlaqəli Xəbərlər