Türkiyə ölkə daxilində və xaricdə terrorla mübarizəni davam etdirəcək
Türkiyə parlamenti ölkə hakimiyyətinin ölkə daxilində və xaricdə bütün istiqamətlərdə terrorizmlə mübarizəni davam etdirəcəyini bildirən qərar qəbul edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Qanunvericilik Məclisinin növbədənkənar iclasının yekunları üzrə qəbul edilən sənəddə qeyd edilib.
"Türkiyə Respublikası adından bütün dünyaya bəyan edirik ki, ölkə daxilində və xaricdə hər cür terrora qarşı durmaq əzmindəyik", - sənəddə bildirilib.
Qeyd edək ki, bazar ertəsi Türkiyə parlamenti qış tətilindən qayıdıb və Xarici İşlər və Müdafiə nazirliklərinin rəhbərləri Hakan Fidan və Yaşar Gülərin iştirak etdiyi xüsusi iclas keçirilib. İclas terrorla mübarizəyə həsr edilib.
Teqlər:
"T\u00fcrkiy\u0259 \u00f6lk\u0259 daxilind\u0259 v\u0259 xaricd\u0259 terrorla m\u00fcbariz\u0259ni davam etdir\u0259c\u0259k"