Menyu

Ağ Ev yaxın həftələrdə Konqresin Kiyevə yardım ayırmasına çalışacaq

Ağ Ev yaxın həftələrdə Konqresin Kiyevə yardım ayırmasına çalışacaq

ABŞ administrasiyası yaxın həftələrdə ABŞ Konqresinin Ukraynaya əlavə yardım ayırmasına nail olmağa çalışacaq.

"Operativ Media" xəbər verir ki, bunu Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sullivan deyib.

"Biz Ukraynanı lazımi nəticələrə nail olmaq məqsədilə lazım olan silahları almaq üçün lazımi resurslarla təmin etməliyik. Bunun üçün isə həm Nümayəndələr Palatasında, həm də ABŞ Konqresinin Senatında olan ikitərəfli dəstəyi səfərbər etməliyik. Prezident Co Bayden bu məqsədə qətiyyətlə sadiqdir. Biz yaxın həftələrdə buna nail olmağa qərarlıyıq", - Sullivan qeyd edib. 

Teqlər:

"A\u011f Ev yax\u0131n h\u0259ft\u0259l\u0259rd\u0259 Konqresin Kiyev\u0259 yard\u0131m ay\u0131rmas\u0131na \u00e7al\u0131\u015facaq"

Əlaqəli Xəbərlər