Stoltenberq: ABŞ seçkilərin nəticələrindən asılı olmayaraq NATO-da qalacaq
"ABŞ bu ölkədə keçirilən prezident seçkilərinin nəticəsindən asılı olmayaraq alyansı tərk etməyəcək".
"Operativ Media" xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
Baş katib Davosda keçirilən Dünya İqtisadi Forumunda "Bloomberg TV"yə müsahibəsində deyib: "Birləşmiş Ştatlar sadiq və mühüm müttəfiq olaraq qalacaq, çünki 30-dan çox dost və müttəfiqə sahib olmaq Birləşmiş Ştatların təhlükəsizlik maraqlarına uyğundur".
Bundan əvvəl Avropanın daxili bazar üzrə komissarı Thierry Breton ABŞ-nin keçmiş prezidenti Donald Trampın açıqlamalarına istinadən rəsmi Vaşinqtonun silahlı hücuma məruz qalacağı təqdirdə Avropa İttifaqının köməyinə gəlməyəcəyi barədə özəl olaraq xəbərdarlıq etdiyini bildirib. Avropa komissarının sözlərinə görə, Tramp, "NATO ölüb", - deyə bildirib və ABŞ-nin alyansdan çıxacağını da qeyd edib.
Stoltenberqin sözlərinə görə, o, heç vaxt Trampdan belə bəyanatlar eşitməyib. Əksinə, amerikalı siyasətçinin əsas şikayəti avropalı müttəfiqlərin müdafiə üçün kifayət qədər vəsait ayırmaması olub.
Teqlər:
"Stoltenberq: AB\u015e se\u00e7kil\u0259rin n\u0259tic\u0259l\u0259rind\u0259n as\u0131l\u0131 olmayaraq NATO-da qalacaq"