Menyu

Blinken və Leyen Yaxın Şərqi müzakirə ediblər

Blinken və Leyen Yaxın Şərqi müzakirə ediblər

ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Davosda Dünya İqtisadi Forumu (WEF) çərçivəsində keçirilən görüşdə Fələstin-İsrail münaqişəsinin iki dövlətli həllini müzakirə ediblər. 

"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı bəyanatında deyilir.

"Onlar (Blinken və fon der Leyen - red.) həmçinin Qəzzada fələstinli mülki şəxslərə humanitar yardımın həcminin artırılması, münaqişənin daha da genişlənməsinin qarşısının alınması, bütün girovların azad edilməsinin təmin edilməsi kimi məsələləri müzakirə ediblər", - diplomat bildirib.

Dövlət katibi və AK rəhbəri həmçinin Qırmızı dənizdə naviqasiya azadlığının qlobal ticarət və regional təhlükəsizlik üçün həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb və Yəməndəki Husi üsyançılarını gəmilərə hücumları dayandırmağa çağırıb.

Miller əlavə edib ki, Blinken və fon der Leyen Ukraynaya əlavə beynəlxalq yardımın göstərilməsinin vacibliyini müzakirə ediblər. 

Teqlər:

"Blinken v\u0259 Leyen Yax\u0131n \u015e\u0259rqi m\u00fczakir\u0259 edibl\u0259r"

Əlaqəli Xəbərlər