Menyu

Moldovanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlara başlanılmasına çağırış edilib

Moldovanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlara başlanılmasına çağırış edilib

"Litva tərəfdardır ki, Avropa İttifaqı (Aİ) ilə Moldova arasında icmaya üzvlüklə bağlı danışıqlar martda başlayacaq, lakin Kişinyov Aİ-nin qalan tövsiyələrini yerinə yetirməlidir". 

"Operativ Media" xəbər verir ki, bunu Litvanın prezidenti Gitanas Nauseda Davosda Dünya İqtisadi Forumu çərçivəsində Moldovanın Baş naziri Dorin Reçan ilə görüşü zamanı səsləndirib.

"Litva hesab edir ki, danışıqlar Avropa Parlamentinə seçkilərdən əvvəl, artıq mart ayında başlamalıdır", - Litva lideri qeyd edib.

"Moldova Avropaya inteqrasiya yolunda Ukraynadan geri qalmamalı və Aİ-nin qalan tövsiyələrini yaxın gələcəkdə yerinə yetirməlidir", - Nauseda bildirib.
 

Teqlər:

"Moldovan\u0131n A\u0130-y\u0259 \u00fczvl\u00fcy\u00fc il\u0259 ba\u011fl\u0131 dan\u0131\u015f\u0131qlara ba\u015flan\u0131lmas\u0131na \u00e7a\u011f\u0131r\u0131\u015f edilib"

Əlaqəli Xəbərlər