"ABŞ Yəmənin üsyançı Husilər hərəkatını yenidən terror təşkilatları siyahısına salıb".
"Operativ Media" xəbər verir ki, bunu jurnalistlər üçün xüsusi brifinqdə Amerika administrasiyasının yüksək rütbəli nümayəndəsi bildirib.
Onun sözlərinə görə, çoxsaylı xəbərdarlıqlara və diplomatik səylərə baxmayaraq, Husilərin hücumları dayanmayıb: "Davam edən və artan hücumlara cavab olaraq Birləşmiş Ştatlar daha çox Husilər kimi tanınan "Ənsar Allahı" terror təşkilatı kimi tanıyır".
"Tədbirlər İranın dəstəklədiyi Husilərin Qırmızı dəniz və Ədən körfəzində davam edən hücumları səbəbindən həyata keçirilib. Bu hücumlar terror nümunəsidir, beynəlxalq hüququ pozur, həyat, qlobal ticarət üçün ciddi təhlükə yaradır və yüklərin çatdırılmasını pozur", - diplomat qeyd edib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar öz hərəkətləri ilə Husilərə təzyiq göstərməyə ümid edir və gərginliyi azaltmaq və onların davranışlarını yaxşılığa doğru dəyişmək məqsədini güdür: "Husilər hücumlarını dayandırsalar, onları terror siyahısından çıxarmağı düşünə bilərik".
Teqlər:
"AB\u015e Husil\u0259ri yenid\u0259n terror t\u0259\u015fkilat\u0131 elan edib"