Pakistan: İslamabad İranın zərbəsinə cavab vermək hüququna malikdir
İslamabad İranın Pakistan ərazisinə hərbi hücumuna cavab vermək hüququnu özündə saxlayır.
"Operativ Media" xəbər verir ki, bu barədə Pakistanın müvəqqəti hökumətinin xarici işlər naziri Cəlil Abbas Cilani iranlı həmkarı Hüseyn Əmir Abdullahianla telefon danışığında bildirib.
"Pakistanın bu hücumu qeyd-şərtsiz pislədiyini bildirən XİN rəhbəri insidentin ölkələr arasında ikitərəfli münasibətlərə ciddi ziyan vurduğunu əlavə edib. Nazir qeyd edib ki, Pakistan bu təxribatçı hərəkətlərə cavab vermək hüququnu özündə saxlayır", - Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net