Menyu

Pentaqon: ABŞ Husilərlə müharibə etmir

Pentaqon: ABŞ Husilərlə müharibə etmir

"Birləşmiş Ştatlar Yəmənin Husi üsyançıları ilə müharibə etmir və münaqişənin Yaxın Şərqdə böyüməsini istəmir". 

"Operativ Media" xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib.

"Biz Husilərlə müharibə aparmırıq. Aydındır ki, münaqişəni yaymağa çalışmırıq, lakin bu ehtiyatsız hücumların davam etməsinə icazə verə bilmərik", - Rayder qeyd edib.

O əlavə edib ki, Birləşmiş Ştatlar Husilərin mövqelərinə zərbələr endirməklə onların imkanlarını sarsıtmaq və azaltmaq kimi istənilən effekti əldə edib: "Başqa sözlə, biz vurmaq istədiyimiz hədəfləri vurduq".

Bundan əvvəl ABŞ Qırmızı dəniz və Ədən körfəzində ticarət gəmilərinə edilən hücumlara görə Husilər hərəkatını yenidən terror təşkilatları siyahısına salmışdı. 

Teqlər:

"Pentaqon: AB\u015e Husil\u0259rl\u0259 m\u00fcharib\u0259 etmir"

Əlaqəli Xəbərlər