İspaniyanın baş naziri: Ukraynadakı münaqişə yaxın aylarda bitəcək
"Ukraynadakı münaqişənin yaxın aylarda həll olunacağına ümid edirəm".
"Operativ Media" xəbər verir ki, bunu İspaniyanın baş naziri Pedro Sançes deyib.
"Ümid edək ki, yaxın aylarda biz bu müharibəyə son qoya və Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşa bilərik, həmçinin Yaxın Şərqdə və Şərqi Avropada sülh qura bilərik", - Baş nazir qeyd edib.
"Biz danışdıqca, dünyanın gələcək sabitliyi Ukrayna və Qəzza zolağında həll olunur", - o əlavə edib.
Sançes İsrailin müdafiə hüququna malik olduğunu təkrarlayıb: "Lakin biz həm də beynəlxalq humanitar hüquqa hörmət tələb edirik".
"Ona görə də bu gün mən dərhal atəşkəs və bu uzanan münaqişənin yekun həlli üçün beynəlxalq konfransın çağırılmasının zəruriliyini bir daha təsdiq etmək istərdim. Sülh və təhlükəsizlik şəraitində yaşayan iki dövlətin - İsrail və Fələstinin mövcudluğunu tanıyırıq", - Sançes vurğulayıb.