Menyu

ABŞ: Sərhəd böhranını aradan qaldırmadan Ukraynaya yardım nəzərdən keçirilməyəcək

ABŞ: Sərhəd böhranını aradan qaldırmadan Ukraynaya yardım nəzərdən keçirilməyəcək

"Ukraynaya növbəti böyük maliyyə yardımının göstərilməsinin məqsədəuyğunluğu məsələsinə ABŞ-də yalnız Meksika ilə sərhəddəki böhran həll edildikdən sonra baxıla bilər". 

"Operativ Media" xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri, respublikaçı Mayk Conson bildirib.

O, prezident Co Baydenlə görüşdən əvvəl jurnalistlərə açıqlamasında ABŞ-nin cənub sərhədinə nəzarətin gücləndirilməsi ilə bağlı məsələləri həll etmədən Kiyevə yardımın davam etdirilməsi imkanını müzakirə etmək niyyətində olmadığını təsdiqləyib. Baydenin Konqres rəhbərliyi ilə Amerika administrasiyasının Ukraynaya əlavə büdcə yardımı tələbi ilə bağlı vəziyyətin nəzərdən keçirilməsinə həsr olunmuş şəxsi görüşü yaxın saatlarda Ağ Evdə baş tutacaq

"Ancaq biz Ukraynanı müzakirə etməyə başlamazdan əvvəl mən prezidentə sizə dediklərimi, Amerika xalqına dediklərimi deyəcəyəm: sərhəd, sərhəd, sərhəd. Biz öz evimizi qaydaya salmalıyıq. Öncə öz evimizi təmin etməliyik. Başqa bir şey haqqında söhbətə başlamazdan əvvəl bu daha vacibdir", - diplomat əlavə edib. 

Teqlər:

"AB\u015e: S\u0259rh\u0259d b\u00f6hran\u0131n\u0131 aradan qald\u0131rmadan Ukraynaya yard\u0131m n\u0259z\u0259rd\u0259n ke\u00e7irilm\u0259y\u0259c\u0259k"

Əlaqəli Xəbərlər