Pakistan İranın Sistan-Bəlucistan bölgəsindəki “terror hədəflərinə” hücum etdiyini açıqlayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Pakistan XİN məlumat yayıb.
Pakistan administrasiyası xalqının təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirləri görməyə davam edəcəyini və “qardaş ölkə İranın” suverenliyinə hörmət etdiyini bəyan edib.