Yanvarın 16-da İran ordusunun qüvvələri Pakistanın sərhəd ərazisini raket atəşinə tutub. Nəticədə mülki şəxslər həlak olublar. Pakistan tərəfi bu zərbəni qanunsuz və ərazi bütövlüyünə, beynəlxalq hüquqa hörmətsizlik adlandırıb, İrandakı səfirini geri çağırıb.
"Operativ Media" xəbər verir ki, İran XİN dərhal açıqlama verərək Pakistanın ərazi bütövlüyünə hörmət etdiklərini, zərbələri isə sadəcə terrorçulara endirdiklərini açıqlayıb.
Ötən axşam Pakistan İran ərazisinə oxşar zərbələr endirib. Pakistan XİN açıqlama yayaraq bildirib ki, əsas hədəf İrandakı terrorçuları zərərsizləşdirmək olub. Pakistan İranın ərazi bütövlüyünə hörmət edir. İran da zərbələr nəticəsində mülki şəxslərin öldüyünü açıqlayıb.
Qeyd edək ki, gərginlik yaranan bölgədə ara-sıra atışmalar baş verir. Buna səbəb sərhədi daha çox narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan silahlı dəstələrin pozmağa çalışmasıdır.
Bundan başqa, bu gün Pakistanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb






