Menyu

Türkiyə XİN: İran və Pakistan arasındakı gərginlik narahatlıq doğurur

Nərmin Qocamanlı
Türkiyə XİN: İran və Pakistan arasındakı gərginlik narahatlıq doğurur

İranın Pakistana hücumu ilə başlayan gərginlik narahatlıq doğurur.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Türkiyə Tehran və İslamabad arasında yaranan gərginlikdən narahatdır: “Problemin BMT prinsipləri əsasında, ölkələrin ərazi bütövlüyü və suverenliyi əsasında həllinin vacib olduğuna inanırıq. Məsələnin regional təhlükəsizlik və sabitliyə daha çox təhdid yaratmadan, dialoq və əməkdaşlıq əsasında həllini arzulayırıq”, - bəyanatda bildirilib.

Rəsmi Ankara tərəfləri dialoqa çağırıb: “Türkiyə təcrübəsini bölüşməyə və prosesə töhfə verməyə hazırdır”.

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər