18 Yanvar 2024, 17:17
"Telegram"da yeni funksiya aktivləşib
"Telegram"da yeni funksiya aktivləşib şəkil
"Telegram"da yeni funksiya aktivləşib

"Telegram" messencerində yeni funksiya yaradılıb. Tətbiq istifadəçilərə şəxsi söhbətlərdə mesajlarının oxunma vaxtını göstərməyə başlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə "Telegram İnfo" məlumat yayıb.

Mesajın nə vaxt oxunduğunu görmək üçün üzərinə klikləməlisiniz. Məlumat "cavab vermək" seçimindən əvvəl açılan siyahının yuxarısında görünəcək.

Eyni zamanda, ödənişli abunəçilər oxuma vaxtını və son fəaliyyətlərini də istədikləri istifadəçilərdən gizlədə bilərlər.

Parametrlərində bu funksiyanı aktiv etsəniz, oxuma vaxtları da sizdən gizlənəcək.

Bundan əlavə, ödənişli abunəliyi olan istifadəçilər kimin onlarla yeni söhbətlərə başlaya biləcəyini seçə bilər. “Bütün istifadəçilər” və ya “Mənim kontaktlarım və Premium istifadəçilərim” seçimləri mövcuddur, mesaj göndərilməsini tamamilə əngəlləmək isə mümkün deyil.

 

Son xəbərlər
Tovuz döyüşlərindən 5 il ötür
Mişustin Pakistana nümayəndə təyin edib
Peskov: İndi hərbi senzura dövrüdür
"Turan Tovuz" ispaniyalı yarımmüdafiəçi transfer etdi
Tramp Rusiyaya qarşı sanksiyaları açıqlaya bilər
Yevlaxda yol qəzası olub
Zelenski: ABŞ Ukraynaya silah tədarükünü bərpa edib
Cəlilabadda ev yanıb