Menyu

Blinken Afrikanın dörd ölkəsinə səfər edəcək

Blinken Afrikanın dörd ölkəsinə səfər edəcək

ABŞ dövlət katibi Antoni Blinken yanvarın 21-26-da Kabo-Verde, Kot-d'İvuar, Nigeriya və Anqolaya səfər edəcək və bu ölkələrdə iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafı ilə bağlı məsələləri müzakirə edəcək. 

"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı bəyanatında deyilir.

"Dövlət katibi səfər zamanı ABŞ-Afrika Sammitindən sonra iqlim, ərzaq təhlükəsizliyi və sağlamlıq da daxil olmaqla, Birləşmiş Ştatların Afrika ilə tərəfdaşlığını necə gücləndirmək istədiyini vurğulayacaq. O, həmçinin iqtisadi tərəfdaşlığımızın gələcəyə hesablanmış olduğunu qeyd edəcək. Həmçinin Birləşmiş Ştatlar ikitərəfli ticarəti stimullaşdırmaq, qitədə iş yerləri yaratmaq və Afrikanın qlobal bazarda rəqabət aparmasına kömək etmək üçün burada infrastruktura sərmayə qoyur", - bəyanatda bildirilib.

"Bundan əlavə, dövlət katibi insan hüquqlarına hörmət, demokratiyanın qorunması və qanunun aliliyinin gücləndirilməsi daxil olmaqla, ümumi dəyərlərə əsaslanan təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirəcək", - Miller əlavə edib. 

Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri əmin edib ki, Birləşmiş Ştatlar Afrika ilə yüksək səviyyədə qarşılıqlı fəaliyyətə sadiqdir. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər