Menyu

Gürcüstanın baş naziri İsrailə hücumları pisləyib

Gürcüstanın baş naziri İsrailə hücumları pisləyib

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Davosda Dünya İqtisadi Forumu çərçivəsində İsrail prezidenti İsaak Hersoqla görüşdə İsrailə silahlı hücumu pisləyib. 

"Operativ Media" xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Gürcüstanın baş naziri qeyd edib ki, Gürcüstan hökuməti İsrail dövlətinə və onun vətəndaşlarına qarşı həyata keçirilən terror aktlarını pisləyir", - məlumatda qeyd edilib.

Bundan əlavə, tərəflər ölkələr arasında səmərəli əməkdaşlığın dinamikasını müzakirə ediblər. Gürcüstan hökumətinin başçısı qeyd edib ki, Gürcüstan və İsrail arasında tərəfdaşlıq və dostluq münasibətləri həmişə yüksək səviyyədə olub. 

Teqlər:

"G\u00fcrc\u00fcstan\u0131n ba\u015f naziri \u0130srail\u0259 h\u00fccumlar\u0131 pisl\u0259yib"

Əlaqəli Xəbərlər