Menyu

Reuters: Almaniya 1,3 milyard avroluq hava hücumundan müdafiə sistemləri sifariş edəcək

Reuters: Almaniya 1,3 milyard avroluq hava hücumundan müdafiə sistemləri sifariş edəcək

Almaniya Ukraynada münaqişə və cari vəziyyətin fonunda özünü büruzə verən müdafiədəki boşluğu aradan qaldırmaq üçün Gepard özüyeriyən silahını əvəz etmək məqsədilə təxminən 1,3 milyard avroya qısa mənzilli hava hücumundan müdafiə sisteminin hazırlanmasını sifariş verəcək. 

"Operativ Media" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Agentliyin məlumatına görə, Bundestaqın Büdcə Komitəsi Qiymətlərin 5 dəfə artmasına və Hesablama Palatasının tənqidinə məruz qalmasına baxmayaraq, tərkibində Rheinmetall, Diehl və Hensoldt-un daxil olduğu konsorsiumla razılaşmanı təsdiqləyib. Şirkətlərin əsas vəzifəsi 3 km mənzilli hava hücumundan müdafiə sistemi hazırlamaq olacaq. İkinci vəzifə, sistemin Berlinin artıq sifariş etdiyi Diehlin IRIS-T SLM orta mənzilli hava hücumundan müdafiə sistemlərinə qoşulmasını təmin etmək olacaq.

Hensoldt 2026 və ya 2027-ci ilə qədər hazır olması gözlənilən sistem üçün radarları tədarük edəcək.

Buna qədər Almaniya əsasən 3 km-ə qədər mənzilli Gepard özüyeriyən silahlarına arxalanırdı. Berlin pula qənaət etmək üçün 2010-cu ildə Gepard-ı istismardan çıxarıb. 

Teqlər:

"Reuters: Almaniya 1 3 milyard avroluq hava h\u00fccumundan m\u00fcdafi\u0259 sisteml\u0259ri sifari\u015f ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər