Ağ Ev: Lazım olduğu qədər Husilərə zərbə endiriləcək
"ABŞ hökuməti Yəməndəki Husi üsyançılarının mövqelərinə onların potensialını sarsıtmaq üçün lazım olduğu müddətcə zərbələr endirəcək. Vaşinqton başqa variantlara əl ata bilər".
"Operativ Media" xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
Şimali Karolinaya səfər edən zaman ABŞ liderinin təyyarəsində jurnalistlərin suallarını cavablandıran Kirbi Husilərin bu hücumları həyata keçirmək qabiliyyətini pozmağa və onları zəiflətməyə çalışmaq üçün lazım olduğu müddətcə əlindən gələni etməyə davam edəcək.
Kirbinin sözlərinə görə, ABŞ Husilərin hücumlarını dayandırmasını gözləyir: "Əgər bunu etməsələr, bizim əlavə imkanlarımız var, onlardan istifadə etməkdən çəkinməyəcəyik".