İsrail-Fələstin münaqişəsi başlayandan bəri Qəzzada 20 min uşaq doğulub
Nərmin Qocamanlı
2023-cü il oktyabrın 7-dən bu yana Qəzza zolağında 20 min uşaq doğulub.
"Operativ Media" xəbər verir ki, bu barədə UNICEF-in kommunikasiya üzrə mütəxəssisi Tess İnqram BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında bildirib:
"İsrail və Fələstin arasında Qəzza zolağındakı gərginliyin artdığı 105 gün ərzində təxminən 20 min körpə müharibə şəraitində dünyaya gəlib. Bu, bu dəhşətli müharibənin ortasında hər 10 dəqiqədə təxminən bir körpə doğulması deməkdir".
"Hamilə, süd verən analar və onların körpələri qeyri-insani şəraitdə və müvəqqəti sığınacaqlarda yaşayırlar. Bu insanlar pis qidalanır və onların təmiz suya çıxışı yoxdur. Bu, iki yaşından aşağı təxminən 135 min uşağı qida çatışmazlığı riski ilə üz-üzə qoyur", - deyə o, qeyd edib.
Teqlər:
"\u0130srail-F\u0259l\u0259stin m\u00fcnaqi\u015f\u0259si ba\u015flayandan b\u0259ri Q\u0259zzada 20 min u\u015faq do\u011fulub"