Menyu

Borell İsraili HƏMAS-ı maliyyələşdirməkdə ittiham edib

Borell İsraili HƏMAS-ı maliyyələşdirməkdə ittiham edib

"İsrail Fələstin Milli Administrasiyası ilə mübarizə aparmaq üçün HƏMAS hərəkatına maliyyə dəstəyi verib".

"Operativ Media" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Xosep Borrell bildirib.

"HƏMAS İsrail hökuməti tərəfindən Fələstin Azadlıq Hərəkatı - Fəthin rəhbərlik etdiyi Fələstin Muxtariyyətini zəiflətmək cəhdi ilə maliyyələşdirilib", - "Reuters" Borelldən sitat gətirib. 

Siyasətçi bu maliyyənin konkret nədən ibarət olduğunu açıqlamayıb.

"Reuters"in məlumatına görə, İsrailin baş naziri Benyamin Netanyahu bu cür ittihamları rədd edib. 

Teqlər:

"Borell \u0130sraili H\u018fMAS-\u0131 maliyy\u0259l\u0259\u015fdirm\u0259kd\u0259 ittiham edib"

Əlaqəli Xəbərlər