NBC: Qəzzada girovlarla bağlı razılaşma ən tez bir neçə həftəyə bağlana bilər
Qəzza zolağından girovların azad edilməsi ilə bağlı yeni razılaşmanın müzakirəsi ən azı bir neçə həftə çəkəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə NBC telekanalı mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, yeni təkliflər artıq müzakirə olunur, lakin onların yekun təsdiqi ən azı bir neçə həftə çəkəcək, çünki danışıqlar aparan tərəflərin mövqeləri hələ də bir-birindən kifayət qədər uzaqdır.
Qeyd edilib ki, Qəzzada amerikalılar da daxil olmaqla daha 130-dan çox adam saxlanıla bilər.
Adı açıqlanmayan diplomatik mənbə NBC telekanalına bildirib ki, İsrailin davamlı atəşkəsin tətbiqi ehtimalı ilə bağlı mövqeyi bir qədər yumşalıb.
Teqlər:
"NBC: Q\u0259zzada girovlarla ba\u011fl\u0131 raz\u0131la\u015fma \u0259n tez bir ne\u00e7\u0259 h\u0259ft\u0259y\u0259 ba\u011flana bil\u0259r"